www.nice.az > Sevgi Aləmi > Səni düşünürəm [Şeir]
Səni düşünürəm [Şeir]5 yanvar 2012. Müəllif: _ROCK_STAR_ |
![]() Gecədir sükuta qərq olub aləm Mənsə yatmamışam oyağam hələ Səni düşünürəm,səni anıram Bir əldə kağızdır,bir əldə qələm Bu axşam düşmüsən yadıma yaman Xəyalın gözümün qabağındadır Sanki sən getdiyin o,andan bəri Gözlərim yolunun sorağındadır Düşünüb,anıram səni hər zaman Düşür xatirələr yadıma mənim Yalnız xatirələr yetməyir mənə Çatmayır onlarda dadıma mənim Səni düşünərək bir günüdə mən Ötürdüm beləcə ömür payımdan Mən hələ oyağam səni bilmirəm Bəlkədə yatmısan sən yatağında.... |