www.nice.az > Sevgi Aləmi > Mənim Sevgim [şeir]
Mənim Sevgim [şeir]19 dekabr 2011. Müəllif: _ROCK_STAR_ |
![]() Mənim sevgim Bir gün görəcəksən sən də yoxdur O gözəl qamətin, o təravətin İndi deyirsənki, sevənim çoxdur Onda tükənəcək sevgi sərvətin... Onda yandıracaq bu sevgim səni Məni əbəs yerə yandırdığın tək Gözlərin gəzəcək hər zaman məni Mən səni hər zaman axtardığın tək! O isti yuvana soyuq düşəcək Mənim sevgim ilə isinəcəksən Qızın mənim adda birin sevəcək Adımı eşidib sevinəcəksən Qapını tənhalıq döydüyü zaman Xəyalən mənimlə danışacaqsan Tanrıdan bir anlıq istəyib aman Məni görməyinə çalışacaqsan Bəlkə o dünyada arzuna çatıb Ruhunla ruhuma sarılacaqsan Bəlkə də mənim bu sevgimi alıb, Başqa birisinə qovuşacaqsan...!!! |