www.nice.az > Sevgi Aləmi > Boğdum göz yaşımla məhəbbətimi [Şeir]
Boğdum göz yaşımla məhəbbətimi [Şeir]15 dekabr 2011. Müəllif: _ROCK_STAR_ |
![]() Xəyanət bu gecə qonağım oldu Bu əlvan dünyamın rəngləri soldu Kədərdən qəlbimə gözyaşı doldu Boğdum göz yaşımla məhəbbətimi... Ayaqda saxladı məni intizar Xəzana çevrildi,sevdalı bahar Kədərdən göz yaşım yağıştək yağar.. Boğdum göz yaşımla məhəbbətimi... Ürəyin yerinə bağladı bir daş, Nə düşmən tanıdım,nə də ki yoldaş Doluya çevrildi gözümdəki yaş, Boğdum göz yaşımla məhəbbətimi...! |