www.nice.az > Sevgi Aləmi > Zəng etmə nə olar,zəng etmə mənə!

Zəng etmə nə olar,zəng etmə mənə!


9 dekabr 2011. Müəllif: hebibi_p
Zəng etmə nə olar,zəng etmə mənə!

Həsrəti boğsada sənli günlərin
O günlər qoy bizdən xatirə qalsın,
Mən daha yalnızam,sən evli gəlin
Zəng etmə nə olar,zəng etmə mənə!

Zəng etmə nə olar,zəng etmə mənə!

Ən acı kədərdi bax bunun sonu
Əldə saxlıyıram hərdən telefonu,
Əlimdə gəlmiyir söndürüm onu
Zəng etmə nə olar,zəng etmə mənə!


Zəng etmə nə olar,zəng etmə mənə!

Onsuzda möhtacam hər gecə sənə
Müşgül məsələdi qayıtmaq mənə,
Zəng et rəfiqənə,zəng et ərinə
Zəng etmə nə olar,zəng etmə mənə!

Zəng etmə nə olar,zəng etmə mənə!

Həm səndən qaçıram həm də özümdən,
Hər şey adiləşib düşüb gözümdən,
Gəl eşit bu dəfə çıxma sözümdən
Zəng etmə nə olar,zəng etmə mənə!