www.nice.az > Sevgi Aləmi > Telefon oyunu

Telefon oyunu


7 dekabr 2011. Müəllif: _ROCK_STAR_
Telefon oyunu


Yenədə başlayır telefon oyunu,
Xəttin ucundakı lal-dinməz durur
Təkcə ilıq bir nəfəs səsi pozur sükutu
Mənimsə qəlbimdə min fəryad qopur....

Nə desəm qəlbimin atəşi sönər?
Acı sözlərim incidərmi qəlbini?
Səsim titrədirmi könül telini
Əlçatmaz vicdanın sıxarmı səni?

Heç bir söz demədən susuram məndə
Səssizlik dil açıb danışır sanki,
Bir müddət sonrada sonlanır zəngin
Bu dəfə sevgi xəttlərimiz bağlayır bizi...!