www.nice.az > Sevgi Aləmi > Ömrüm boyunca unutmayacağam
Ömrüm boyunca unutmayacağam3 noyabr 2011. Müəllif: O_Z_I_L |
Hər gün yanında ola bilməməkdən qorxuram... Səsini eşidə bilməməkdən Səni görüncə, sənə alışmaqdan da qorxuram... Nədənsə sənsizlikdən də qorxuram... Bir gün əlvida deməyindən qorxuram... Bir gün, bir gül kimi... İçimdə solmağımdan qorxuram... Yaddaşımda buraxacağın xatirələrdən Xatirələrdən qaça bilməməkdən Adını unuda bilməməkdən qorxuram... Mən səni sevməkdən qorxuram... Göz yaşlarımla söndürə bilmədiyim Qorxularımı məğlub edə bilmədiyim Sevdiyimi söyləyə bilmədiyim Tək özümə acı çəkdirdim Utandıran, qorxudan An-ba-an içimi yandıran Cəsarətsiz bir sevgidən qorxuram... Bu necə bir sevgidir? Heç başa düşə bilmirəm... Mən səni sevməkdən qorxuram... Ağılımdan heç çıxmırsan... Sən mənim; Adını söyləyərkən xəyala daldığım Sevməkdən həmişə qorxacağam Lakin, ömrüm boyunca unutmayacağam Əslində sən mənim... |