www.nice.az > Sevgi Aləmi > Utandım...
Utandım...31 oktyabr 2011. Müəllif: hebibi_p |
![]() Qızılgülə baxdım, bir də şəklinə, Yazığı kolundan dərib, utandım. Necə qəsd elədim məğrur çiçəyə? Ləçəyin yoluna sərib, utandım ![]() İtib xəyallarda yolumu azam, Girib ürəyində bir məzar qazam, Nömrəni bilmədim mən mesaj yazam, Məktubu bir zərfdə verib utandım ![]() Yüz kərə yolunda qızardı üzüm, Dolaşıb dilimdə qaldı çox sözüm, Bir anda küçədə sataşdı gözüm, Əlini yad əldə görüb utandım |