www.nice.az > Sevgi Aləmi > Susuram Həyata, Susuram Sənə!

Susuram Həyata, Susuram Sənə!


17 oktyabr 2011. Müəllif: Naxcione
Susuram Həyata, Susuram Sənə!

Gecə, ağrımayırsanmı heç mənə?
Ürəyimdə onsuz da qanayan bir yara var.
Ağlayıram bax, yenə təkliyimə...
Üstümə yağdırdığın hüznün arasında itdim.

Susuram Həyata, Susuram Sənə!

Ümidlərim məni tərk etdi.
Gedirəm... Dərdlərimlə baş-başa...
dodağımda yalnızlıq mahnısı zümzümə edirəm.
Bilmirəm ömrüm kimə xeyirli oldu?


Susuram Həyata, Susuram Sənə!


Susuram Həyata, Susuram Sənə!
Döyüşməyə silahım da yoxdu.
Nə olar, gecə, heç olmasa sən acı mənə.
Həyat deyilən bu yolda arxamda qoyub getdiklərimi xatırlatma...

Susuram Həyata, Susuram Sənə!

Güzgünün qarşısında dayandım və özümü tanımağa çalışdım.
Aynada olan, bu ümidsiz mən ola bilməzdim əsla!
Mənəmsə əgər nə qədər çox şeyim getmişdi həyatla...
Susqun gözlərim danışmırdılar güzgü ilə...

Susuram Həyata, Susuram Sənə!


Hüzn dolu ürəyim atmırdı...
Yağışlar da kirpiklərimin ucunda
Bədənim onsuz da sanki əzəldən ruhumla küsüb...
Keçmişim bir güllə kimi başımdadır...

Susuram Həyata, Susuram Sənə!

Bu mən deyiləm əsla, məndən geriyə qalan əgər budursa,
Susuram həyata, Susuram sənə!