www.nice.az > Sevgi Aləmi > Yenə yağış yağırdı... -
Yenə yağış yağırdı... -13 oktyabr 2011. Müəllif: fidaska |
Yenə yağış yağırdı... Toz ətirli küçədə Belə gözəl gecədə Sənsiz gəzmək ağırdı. Yenə yağış yağırdı... Yarpaqlar nazlanaraq yağışda yuyunurdu, Sən yox idin, Qəlbimdə tənhalıq duyulurdu Ürək sənsiz fağırdı. Yenə yağış yağırdı... Hər damlası məhəbbət, Hər damlası bir həsrət. Yenə yağış yağırdı... Başımın üstə duman, Tənhaydım, tənha yaman. Sevgim yağışla birgə yer üzünə yağırdı... Haradansa doğma səs birdən məni çağırdı. Yenə yağış... yenə sən... Allah, necə xoşbəxtəm!.. |