www.nice.az > Sevgi Aləmi > Sənin xəyalın (Şeir)

Sənin xəyalın (Şeir)


2 oktyabr 2011. Müəllif: Naxcione
Sənin xəyalın (Şeir)

Sənin xəyalın

Gecələr çəkilib öz otağıma
Səni düşünürəm bir ah çəkərəm
Durursan mənimlə qarşı-qarşıya
Tutursan əlimdən gülümsəyərək

Sevirəm mən səni sonsuz eşq ilə
Unutmaq olarmı gülən gözləri?
Bəzəyib sevgimi yalan sözlərlə
Aldatmaq olarmı mən tək gözəli?

Ucadan ah çəkib hey ağlayaraq
Adını çağırır sevən ürəyim
Sənin xəyal olduğunu mən anlayaraq
Kədərdən yaşarır mənim gözlərim