www.nice.az > Sevgi Aləmi > Gəl tutaq əl-ələ!
Gəl tutaq əl-ələ!29 sentyabr 2011. Müəllif: Naxcione |
Gəl tutaq əl-ələ atlanıb düşək Uçaq səmalara sevincimizdən, Gəl tutaq əl-ələ uzağa gedək Kədərin əlindən qəmin əlindən. Gəl tutaq əl-ələ küsüb barışaq Biraz sevinc olsun, bir az da kədər, Eşqin alovunda yanaq alışaq Ya axşam kül olaq, yadakı səhər. Gəl tutaq əl-ələ ağlayaq, gülək Həm gözdən yaş axsın, həm dodaq qaçsın Tutaq qəlbimizdə min arzu dilək Əhdimiz aləmə qoy şəfəq saçsın. Gəl tutaq əl-ələ xəyala dalaq Qoynunda təbiətin, çölün, çəmənin Qayıdaq keçmişə biz uşaq olaq Görək nəvazişini baba, nənənin Gəl tutaq əl-ələ keçmişə gedək Səyahət eyliyək nağıllara biz, Mən bir iblis olum sən nazlı mələk Bir olsun həmişə diləklərimiz! |