www.nice.az > Sevgi Aləmi > Axtaracaqsan...

Axtaracaqsan...


3 oktyabr 2009. Müəllif: XP
Axtaracaqsan...

Sevgi mövzusunda yazılmış çox gözəl bir şeir...

Müəllifi Turala təşəkkürlər...


AXTARACAQSAN...

Sən gətirdin ayrılığı ömrümə, 
Sən bəxş etdin bu həsrəti könlümə, 
Məni atsan belə, düşüb tilsimə,
Hər yerdə bil məni axtaracaqsan...
 
Bir yelkənə dönüb sonsuz dəryada, 
Yuxuna gələcəm yatsan röyada, 
Məni gəzəcəksən hər an xəyalda, 
Xülyanda sən məni axtaracaqsan...

Nədən ayrıldıq biz bir düşün özün, 
Nədən kədərlərə qərq olub üzün, 
İtmiş qismətini gəzəcək gözün, 
Taleyində sən məni axtaracaqsan...

Qəmli olacaqsan sən güləndə də, 
Kövrək dinəcəksən sən dinəndə də, 
Nişana şadlığa sən gedəndə də, 
Məclisdə tək məni axtaracaqsan...

Olmayacam o zaman yanında sənin, 
Qəlbində, ruhunda, canında sənin, 
Başqası əlini tutanda sənin, 
Mənim əllərimi axtaracaqsan...!!!


Şərh yazmağı unutmayın...