www.nice.az > Sevgi Aləmi > Sevgi mədir?

Sevgi mədir?


12 sentyabr 2011. Müəllif: hebibi_p
Sevgi mədir?


Sevgi çətinliklərə söykənməkdir.

Sevgi ürəkdən davranmaqdır.

Sevgi şikayəti buraxmaqdir

Sevgi qanayan yaraya məlhəm olmaqdır.

Sevgi quruyan torpağa nəm olmaqdır.

Sevgi vəfalı xatırlamaqdır, axtarılmadan axtarmaqdır.

Sevgi göz yaşlarını paylaşmaqdır.

Sevgi dualarla görüşməkdir.

Yaxşı hislərlə barışmaqtır.

Ümidə qaçmaqdır.


Sevgi mədir?


Sevgi qəlb gözündən baxmaqdır, gözlərlə razılaşmaqdır.

Sevgi mən fikirini unutmaqdır.

Biz fikirini xatırlamaqdır.

Sevgi ürək atəşiylə yanmaqdır.

Şirin xəyallara açılmaqdır.

Sevgi qiymət bilməkdir.

Dəyər verməkdir
.


Sevgi görüşmək demək deyil.

Sevgi əl-ələ tutmaq deyil.

Sevgi sevgililər günündə hədiyyə almaq deyil.

Sevəcəksə insan candan sevməli xəyanət etməməlidir sevgisinə.

Səni sevirəm sözünü diliylə deyil ürəyiylə qışqırmalıdır.

Nə olursa olsun sevgisinin arxasında dayanmalıdır bir

iki dadsız söz üzündən dərhal arxa çevirməməlidir sevgisinə.

Bütün kainatı sevək sevgimizə xəyanət etməyək.

Suya buraxılınca dərhal əriyib itən buz kimi olmasın sevgimiz.

Sevgi mübarizəyə dözməkdir

Yəni sevgi əxlaqsız simaya bürünüb ALLAHI unutmaq demək deyil.

Həqiqi sevən sevdiyinə ALLAHI xatırladandır.

Nə xoşbəxt bir-birini
ALLAH üçün sevənlərə

Nə xoşbəxt sevərkən RƏBBİNİ unutmayanlara.

Nə xoşbəxt sevərkən.
Şərəfindən uzaqlaşmayanlara.

Nə xoşbəxt sevərkən RƏBBİNİ unutmayan gənclərə