www.nice.az > Sevgi Aləmi > Əlvida dedin

Əlvida dedin


10 sentyabr 2011. Müəllif: Ayla_girl
Əlvida dedin

Əlvida dedin

Sən bu gün ilk dəfə "əlvida" dedin...
Bu söz həkk olundu qəm yaddaşıma.
Niyə gözlərimə baxa bilmədin?
"Sağ ol, sabahadək" deyirdin, amma...

Sən bu gün ilk dəfə "əlvida" dedin,
Boşluqda buraxdın məni - çarəsiz...
Qəlbim parçalandı, sənsə bilmədin,
Söndü gözlərimdə gələcəyimiz.

Bir sözlə həyatı dəyişmək asan...
Bir eşqin yolundan dönməmək çətin!
Sanki bizim üçün dayandı zaman...
Sən bu gün ilk dəfə "əlvida" dedin!