www.nice.az > Sevgi Aləmi > Sözlərə çəkdim səni

Sözlərə çəkdim səni


3 sentyabr 2011. Müəllif: _ROCK_STAR_
Sözlərə çəkdim səni


Ürək inad etdi,qələmdə yazdı
Yol aldı sətirlər gecəmdə azdır
Hər rəngin izində bir ümid vardır
Hər sözün çaları bir aləm qatır
Vərəqlər köksünə əkdim səni,
Sözlərə çəkdim səni...

Dünyamın əl-alvan bahar gülüsən,
Tikanlı ləkəkli qızıl gülüsən,
Hayana baxıram səni görürəm
Sən mənim al şəfəqli,günəşimin özüsən,
Göylərin üzünə bükdüm səni,
Sözlərə çəkdim səni...

Dözəcəm hicranın yarasına mən,
Dönmüşəm eşqimin qalasına mən
Divanə məbədim,ocaq yerindi
Ələdim saçımın qarasına mən
Tellərə dən kimi tökdüm səni,
Sözlərə çəkdim səni...!