www.nice.az > Sevgi Aləmi > İki gözəl ürəyə sözüm

İki gözəl ürəyə sözüm


1 sentyabr 2011. Müəllif: SEV_GI
İki gözəl ürəyə sözüm

Sevgi ən gözəl üstünlükdür.
Birinin digərini sevməsi o birinə ömür verər.
Bəzən sevgiyə dair sözlər, kifayətini itirər.
Nə yazsansa, nə düşünsənsə və ağlından nə keçirsən də
qeyri-kafi qalar sözlər;
sevgi əmək istər
iki ürək istər ən əhəmiyyətlisi sevgini ucaltmaqdır yetişilməz etməkdir,
imtina edilməz etməkdir..

İki gözəl ürəyə iki gözəl sözüm...
İmtina edilməz olun çatılmaz olun.
Sevgi ən şirin baldır.
Gözlərə baxılıb dillərdən tökülən sözlərlə dadlanar.


İki gözəl ürəyə iki şirin sözüm...
Dilinizdəki dad bitməsin, ürəyinizdə sevginiz heç soyumasın...
Sevgi ən böyük cəsarətdir.
Döyüşməkdir, yorulmadan, qorxmadan, yıxılmadan,
ayaqda dayanmaq söykənə bilməkdir.
Boyun əymək sevginin düşmənlərindəndir.
Keçmək də, qorxmaq da, məğlub olmaq da yalnız iki Ürəyin əlindədir.

İki ürək tək bir ürək olmalıdır.
O zaman heç bir güc
və heç bir böyüklük qarşısında dayana bilməz sevdanız
İki cəsur ürəyə sözüm...
Tək bir bədəndə tək ürək olun yıxılmaz olun...


Sevgi imtina edilməz bir xəyaldır.
Başınızı yastığınıza qoyduğunuzda sevdiyinizə
dair xülyalara dalmaqdır,
nəzərdə canlandırmaq, heç oyanmaq istəməməkdir
Eləcə dolu dolu baxıb gülməkdir.
xəyal insanın ən gözəl səhnəsidir bitmək
bilməyən silahıdır, tükənməyən dalğınlığıdır.
İki gözəl insana sözüm...
Xəyallarınız bitməsin, xoşbəxtliyinizə kölgə düşməsin...

Sevgi bitmək bilməyən hekayədir.
Dinləməkdən bezmədiyiniz oxumaqdan qorxmadığınız
sətirlərdədir hər vaxt,
Sevgi bəzən bir uşağın yuxusunu seyr etməkdir,
bəzən də bir cücərtini böyütməkdir,
sevgi sətirləri ən gözəl yönləriylə əhatə etməkdir.
İki gözəl ürəyə sözüm...
Hekayələriniz tükənməsin xatirələriniz heç bitməsin
Sonsuza qədər xoşbəxt qalın!!!