www.nice.az > Sevgi Aləmi > Niyə bu sevgiyə dəyər vermədin
Niyə bu sevgiyə dəyər vermədin27 avqust 2011. Müəllif: Sweet_LoVe |
Damarımda axan qan etdim səni... Buz tutmuş qəlbimə can etdim səni Könlümə bir sultan,xan etdim səni, Niyə bu sevgiy dəyər vermədin?! Gündüz günəş oldum,gecə ay oldum Qış olmadım hər fəsildə yay oldum Külüng vuran o,Fərhada tay oldum Niyə bu sevgiyə dəyər vermədin?! Səni düşünürəm hər gün,hər səhər Mən sənə bal oldum sən mənə zəhər Həsrətdən ürəyim oldu bir təhər Niyə bu sevgiyə dəyər vermədin?! Sən idim düşüncəm,xəyalım dərdim... Tikanlı yoluna güllər düzərdim Ölüm nədir!ölmədən gedərdim! Niyə bu sevgiyə dəyər vermədin?! |