www.nice.az > Sevgi Aləmi > Sonra ki peşmançılıq

Sonra ki peşmançılıq


27 avqust 2011. Müəllif: Sweet_LoVe
Sonra ki peşmançılıq


Ölməliydim-Ölməmişəm

Bir şeytandan pay olduğun
Hər yalana tay olduğun...
Bu sevginin zay olduğun
Bilməliydim
Bilməmişəm

Görünməz,yalan gözümə
Hey yanıram,öz közümə
Barı son anda,özümə
Gəlməliydim
Gəlməmişəm

Sanma olmuş,bu bilmədən
Aldanmışam hey sənə mən
Səni bu gün ürəyimdən
Silməliydim
Silməmişəm

Bu məhəbbət belə çürük
Ürək kiçik,dərdi böyük...
Bu ürəkdə belə bir yük...
Ölməliydim
Ölməmişəm!...