www.nice.az > Sevgi Aləmi > Qəlbimi kor edən qaranlıqlara
Qəlbimi kor edən qaranlıqlara27 avqust 2011. Müəllif: _ROCK_STAR_ |
![]() Açılıb yaralar qanayır yenə, Qapanıb gözlərim qaranlıqlara Sızlayır ürəyim,ağrayır niyə? Dəyişib gündüzü qaranlıqlara... Otağım soyuyub isinmir daha, Günlərim mənasız,həyat ağ-qara Düşüncələr məni aparırı hara? Üz tutub gedirəm qaranlıqlara... Dostlar,tanışlar məni anlamır Dərdliyəm güllərdə solor,saralır Susuram,dinmirəm nitqim daralır Ümidim qalıbdır qaranlıqlara... Gizlətmək hər şeyi inan çətindir Qəlbimdə yaralar yaman dərindir Dünya sevənlərin həsrət mənimdir... Sevgimi gömmüşəm qaranlıqlara... Demirəm arzularım hamsı çin olsun Sevinclərim sonsuz kədər yox olsun Sadəcə parlayan bir günəş doğsun Qəlbimi kor edən qaranlıqlara..... |