www.nice.az > Sevgi Aləmi > Axı mən vəfasızlığa layıq deyildim
Axı mən vəfasızlığa layıq deyildim25 avqust 2011. Müəllif: _ROCK_STAR_ |
![]() Sevgi çağrılmamış qonaq kimi qəlbinizin qapısını döyəndə özümüzü nağıllar aləminə düşmüş kimi təsəvvür edirik.Real həyatdan tamamilə uzaqlaşırıq.Hər şey bizə şirin yuxu kimi görünür və heç bu yuxudan ayılmaq istəmirik. Ancaq bir gün sevdiyin şəxs dönük çıxıb bütün xəyallarını alt-üst edəndə özünə yer tapa bilmirsən.Həyat sənə elə darıxdırıcı elə üzgün görünür ki,yaşamaq belə istəmirsən. Özünü dünyaya yük hesab edirsən. Ən dərdli xəstə insanlar kimi görünürsən.Gündüzlərini fikirlər burulğanı gecələrini göz yaşlarınla keçirirsən. Haradasa səhv etdiyini düşünürsən. Tez-tez bu sözləri öz-özünə təkrar edirsən-Axı mən vəfasızlığa layiq deyildim..! |