www.nice.az > Sevgi Aləmi > Bağışla sevgilim

Bağışla sevgilim


20 avqust 2011. Müəllif: _ROCK_STAR_
Bağışla sevgilim


Birlikdə nə gözəl günlər yaşadıq,
Ən xoşbəxt anları birgə paylaşdıq
Sonunu düşünmədik,biz bitməz sandıq
Bağışla sevgilim,artıq gedirəm
Bu gözəl sevgini mən tərk edirəm...

Düşünmə sevmədim aldatdım səni
Heç kimi sevmədim mən sənin kimi
Qırdım ürəyini vəfasız kimi
Bağışla sevgilim artıq gedirəm
Bu gözəl sevgini mən tərk edirəm..

Haraya getsəmdə ürəyimdəsən
Bu qəlbun döyünən nəbzi kimisən
Həyatda yaşama səbəbim sənsən
Bağışla sevgolom artıq gedirəm
Bu gözəl sevgini mən tərk edirəm..

Yaralar buraxdım saf ürəyində!
Yenə sevdin məni düşünmədin də
Çünki sən bilirdin sevildiyini də
Ama ki nə fayda bu sevgiyə də
Sənə də özümə də xəyanət etdim
Bağışla sevgilim səni tərk etdim...!

Nə vatsa unudarsan bu sevgimizi
Hərdən yada salarsan o günlərimizi
Düşün ki necə sevdik bir-birimizi
Bitərmi bu sevgi ölə bilərmi?
Bağışla sevgilim əhv et sən məni...

Bağçada gül olur ətri yayılır
Qəlblərdə yar olur sevgi ucalır,
Kimisi bir ömür bunu yaşayır,
Kimisi mənim tək bir anda qırır
Səni tərk edirəm,qəlbin yarılır
Bağışla sevgilim,biz sonundayıq
Bağışla sevgilim yoxam mən artıq...

Bağışla sevgilim