www.nice.az > Sevgi Aləmi > Xatirələrim [Şeir]
Xatirələrim [Şeir]16 avqust 2011. Müəllif: _ROCK_STAR_ |
![]() Durna qatarıdır xatirələrim, Alır qanadına boş ümidləri İstəyə baxmadan uçur illərim Geridə buraxıb o xoş anları... ![]() Günlərim qaranquş özüm baharam Kimin nə vecinə sızlayan yaram? Nə bilim...Bəlkə də bağışlayaram... İnciyib yenidən qayıdanları... ![]() Hələ də yuxuda sənə gəlirəm... İnciyib ağıayıb,üzdə gülürəm... Gah yaxın bilirəm gah yad bilirəm Könlümü yalandan ovudanları... ![]() Nə ola özümə qayida biləm, Yanan ürəyimi soyuda biləm. Məndə birdəfəlik unuda biləm, Əhdini andın unudanları...!!! |