www.nice.az > Sevgi Aləmi > Bilməzdim getdin əbədi

Bilməzdim getdin əbədi


15 avqust 2011. Müəllif: _ROCK_STAR_
Bilməzdim getdin əbədi


Ayrıldın,bilmədim getdin əbədi,
Bilsəydim qoymazdım olasan iraq...
Sənsiz necə dözüm yaşayım indi...?
Gözümdə nur idin,evimdə çıraq...!
Bilməzdim getdin əbədi
Bəlkə də qəlbinə dəymişəm sənin,
Bəlkə də nə vaxtsa,kobud olmuşam,
Beləsə,əzizim bağışla məni...
Axı ərköyünün,nazlın olmuşam...!
Bilməzdim getdin əbədi
Özümə dilədim ölüm fələkdən,
Bir daha əbədi tapmaq üçün səni...
Fəqət gecəmdəsən,gündüzümdəsən,
Gərək yaşayam ki,yaşadam səni!!!