www.nice.az > Sevgi Aləmi > Niyə sevmirsən? [Şeir]

Niyə sevmirsən? [Şeir]


13 avqust 2011. Müəllif: _ROCK_STAR_
Niyə sevmirsən? [Şeir]


Sevincli gördüm məni sevənləri,
Sevimli yarım niyə sevmirsən?!
Dinib danışmırsan,o gündən bəri
Ulduzum niyə sevmirsən məni?!

Sənin vurğununam,sevirəm dedim
Üstündə gəzməsin qüssə-qəmim dedim
Olarsan ömrümə bir həmdəm? dedim...
Artdı dərdim qəmim niyə sevmirsən?

Səni qəmli görəndə qəlbim ağrayır,
Sinəmdə dəryalar,sellər çağlayır,
Fikirlər yolumu kəsib bağlayır,
Qüvvətim hünərim niyə sevmirsən?!