www.nice.az > Sevgi Aləmi > Xəyalımdakı Sevgilimə...
Xəyalımdakı Sevgilimə...11 avqust 2011. Müəllif: Mal4ik_Yasaml4ik |
![]() Bir həyat istədim... sən adlı sakini olsun... Sanki sənin üçün gəlmişəm bu dünyaya... Və sən mənim həyatımın,mən sənin həyatının mənası olaq istədim. "Nə kimsəəyə aidəm,nə kimsəyə sahib" kəlməsini unutmaq istədim. Bir sözlə...mən sənin həyatının bir parcasına cevrilmək istədim... Sən necə...? Mənə"həyatım" deyərsənmi ? Səhər günəşinin cilvəsi tək hər səhər ömrünə-gününə şəfəq sacmaq istədim. Və hər səhər gözünü açdığında ilk gördüyünun təbəssum dolu baxışlarımın olmasını istədim. Səni isindirmək istədim sevgimin hərarəti ilə.. Allahın sənə vermish olduğu ömur payında həyatının nuru olmaq istədim... Sən necə...? Mənə "günəşim"deyərsənmi ? Yaşadığim bu həyatımda hər zaman nəyə isə,kimə isə güvənmək istədim.. Həmin o güvəndiyi şəxsin butun hisslərimə ,beynimə,düşüncələrimə hakim olsun istədim. O mənim varlığım olsun istədim. Və bunun həyəcanımla,şiddətimlə,sevincimlə,acılarımla Sən olmasını istədim Sən necə...? Mənə "varlığım" deyərsənmi? Deyirlər sevən insan sevirəm sozumu diinə gətirməz. Yanar,külü çıxar.Amma yenə də sevdiyini bildirməz.. Cunki qorxar sevgisinin ucuzlaşacağından. Sevər,darıxar,gözləri yaşarar,baxışları səni sevirəm deyim fəryad qoparar Amma susar... Sən necə...? Ozün susub,baxışlarınla mənə "Səni sevirəm..." deyərsənmi ? |