www.nice.az > Sevgi Aləmi > Sənsiz [şeir]

Sənsiz [şeir]


11 avqust 2011. Müəllif: Naxcione
Sənsiz [şeir]

Sənsiz

Yenədə tənhalıq sıxır qəlbimi,
Yenə darıxıram bu axşam sənsiz.
Ürəyim çırpınır köksümə sığmır,
Elə bil çıxacaq indicə sənsiz,
Yaman darıxıram bu axşam sənsiz.

Həsrətin çəkibdir sinəm üstə dağ,
Səni istəyirəm tək səni ancaq.
Çəkilib xəlvətə gözlərdən uzaq,
Ağlaram-ağlaram gizlicə sənsiz,
Yaman darıxıram bu axşam sənsiz.

Səndən özgə yox könlümün həmdəmi,
Kimə açım, kimə deyim dərdimi?
Həsrətli Nöqtəyəm yanıb şam kimi,
Əriyib axmışam bu axşam sənsiz,
Yaman darıxıram bu axşam sənsiz.