www.nice.az > Sevgi Aləmi > Mən yorulmuşam

Mən yorulmuşam


10 avqust 2011. Müəllif: _ROCK_STAR_
Mən yorulmuşam


Mən yorulmuşam...
Sadəcə yorulmuşam.
Hər şeydən,
Hər kəsdən.
Hər gün gördüyüm vərəqlərdən
Yeni əmrlərdən
İkiüzlülük və alçaqlıqdan yorulmuşam...
İnsanların hər şeyləri dəyərsiz etməyindən yorulmuşam
Qorxaqlıqdan yorulmuşam...
Ən çoxda insanların yalanlarından yorulmuşam...
Kiçik,böyük hər cür yalanlardan.
Düzgün və dürüst olmaqdan yorulmuşam..
Yaxşı və mehriban olmaqdan yorulmuşam...
Bağışlamaqdan,görməməzlik etməkdən yorulmuşam..
Öz fikirlərimi özümə saxlayıb güzəştə getməkdən yorulmuşam..
Mən həddindən çox yorulmuşam...!

Yaşamaqdan Yorulmuşam..!!!