www.nice.az > Sevgi Aləmi > Eşqin yollarında izim var mənim...

Eşqin yollarında izim var mənim...


9 avqust 2011. Müəllif: _ROCK_STAR_
Eşqin yollarında izim var mənim...


Əlsiz əllərinə əl öyrətmişəm,
Gülsüz əllərinə gül öyrətmişəm,
Mən sənə sevgidən dil öyrətmişəm,
Sevgidən acdığın söz mənimkidir...!

Kədər,qüssəyə dözmüm var mənim
Sevdi dəyanətim,əzmim var mənim,
Eşqin yollarında izim var mənim,
Sən düşüb getdiyin az mənimkidir...!

Əlim əllərinin arasındadır,
Canım ürəyinin parasındadır,
Gözüm gözlərinin qarasındadır,
Dünyaya baxdığın göz mənimkidir...!

Əbədi qalmışam yadında sənin,
Eşqim köçüb,qalıb adında sənin,
Yanmışam eşqinin odunda sənin,
Qəlbini yandıran köz mənimkidir...!