www.nice.az > Sevgi Aləmi > Sevdanın Sonu [şeir]
Sevdanın Sonu [şeir]25 iyun 2011. Müəllif: _ROCK_STAR_ |
Sevdimsə, sevildim bir qış axşamı Bir ürək verdimsə, bir ürək aldım Xəlvətdə görüşüb, danışdıq hərdən Nəhayət eşqimi könlümə saldım.... Varlığım sevgimin varlığı oldu, Onunla bölüşdüm şadlığımı Onunla bölüşdüm qəm-kədərimi Sandımki, tapmışam əsil yarımı Sevilmək dünyada çətin deyilmiş Sevməkdə dünyada çox asan imiş Müqəddəs bir eşqin ən nəhayəti Dünyada ləzzəti bircə an imiş!... Bir zaman eşqimə can verən gözəl, Bu zaman gör necə alır canımı.... Ayrılıq sazını səsləndirərək, Od vurub, odlara salır canımı!.... |