www.nice.az > Sevgi Aləmi > Xəyallar qurmuşduq...
Xəyallar qurmuşduq...21 iyun 2011. Müəllif: Mikoladka |
Saralan yarpaqlar kimiyəm, biçarəyəm Əzilirəm kölgəndə... Parçalara bölünürəm, İtirdim sevdamı Yolumu tapa bilmirəm Artıq ,tanıya bilməz oldum yoldaşı ,dostu Otağım isə qapqaranlıq. Kim bilər bəlkə də ən yaxınım oldu təklik... Sorğuya çəkdim zamanı. ..öfkəliydim ona İstəsəm geri gətirər idimi yarımı mənə... Edə bilmirəm Allahım edə bilmirəm, nə olar götür məni də yanına!!! Utandı zaman, çox utandı. ..Danışmadı... Üzümə baxmaq istəmədi, dözə bilmədi o da ağladı... Niyə götürdü ki sevdiyimi məzar daşları!!! Torpaq!!! Quru torpaq!!!.. Çoxmu qısqandın sevgimizi Aldın onu məndən, için rahatmı indi Niyə basdırdın ki onu diri diri... İndi harada söyləyərsənmi o gözəl gözləri? Bilirəm. ..bilirəm buz kimidir o isti əlləri... Of of niyə aldinki ki məndən yarımı... Halbuki nə xəyallar qurmuşduq Kiçik, şirin bir evimiz olacaqdı... Bir də içində qacişan uşaqlarımız... Təəssüf!!! nə tez yıxıldı yuvamız... Dağıldıq. ..parçalandık... Sənsizliyi düşünə bilməmişdim belə bir an... Bəlkə də bilmək istəmədim yoxluğunu Niyə oğurladı ki qapını əzrail!!! Çoxmu gördü xoşbəxtliyi bizə... Yaxşı indi mən, mən belə sənsiz nə edərəm söylə!!! Sənə gələcəyim günü gözlə birdənem Qollarını aç mənim üçün Onsuz da sənsiz neçə gün yaşaya bilərəm ki... Olmaz olmaz. edə bilmərəm.... Mən həyatı sənin üçün yaşadım Sənin üçün ona dözdüm... Amma sənsizliyin ağrısını ürəyimdən təyin etmədim... Eşqim... Sənə möhtacam... İndi bağla gözlərini, Xatırla məhşər gününü, sevdiyim Əllərin əllərimdə olacaq yenə Və yenə nəfəsin nəfəsim... Unutma sevgilim. ..hec vaxt unutma... Sən mənim hər şeyimsən.. |