www.nice.az > Sevgi Aləmi > Getmək istəyirsən bəhanəsiz get [şeir]

Getmək istəyirsən bəhanəsiz get [şeir]


14 iyun 2011. Müəllif: hebibi_p
Getmək istəyirsən bəhanəsiz get [şeir]

Getmək istəyirsən bəhanəsiz get
Oyatma murgülü xatirələri
Səsin həmən səsdir,baxışın özgə
Gedirsen səsində yad olsun barı.

Getmək istəyirsən bəhanəsiz get [şeir]

Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Ne vaxtsa üstünə tullanacaqdır


Döşənib yollar tək ayaqlarına
Sənə yalvarımmı bu mümkün deyil.
Qoymaram qəlbimdə vuqarım sına
Alçalıb yaşamaq ömür- gün deyil

Getmək istəyirsən bəhanəsiz get [şeir]

Getmək istəyirsən o yol o da sən
Bir cüt göz baxacaq arxanca sənin
Getdinmi....Nə vaxtsa dönmek istəsən
Tikanlı yastiğa dönəcək yerin.


Getmək istəyirsən nə daniş nə din
Yox ol uzaqlartək dumanda, çəndə
Nəyimi sevmişdin deyə bilmədin
Indise yüz eyib görmüsən məndə

Getmək istəyirsən bəhanəsiz get [şeir]