www.nice.az > Sevgi Aləmi > Ey dünya nə oldu düşdün bu günə? [şeir]

Ey dünya nə oldu düşdün bu günə? [şeir]


16 iyun 2011. Müəllif: DAN ULDUZU_
Ey dünya nə oldu düşdün bu günə? [şeir]

Ey dünya nə oldu düşdün bu günə?
Yaxşını boyadın pisin rənginə
Əyrilər haqq çıxır inanmir düz
Gecə də növbəsin verib gündüzə
...
Ümidlər kəsilib əllər üzülüb
Yalanlar muncuq tek sapa düzülüb
Həyat dəyişirmi yoxsa bir sınaq?
Yoxsa boş ver deyək yoxsa unudaq?


Dağılır kainat qalıb viranə
Səssizcə işləyir tərsə zəmanə
Batır günəş düşür qəlbə qaranlıq
Gedər gəlməz düşünürük bir anlıq

Ay da bezib görməydən göy üzünü
Axşam oldu gizlədir üz gözünü
Güllər açır saxta olur ətirlər
Nöqtəsiz bağlanır artıq sətirlər...

Həyat deyil sanki bağlı qəfəsdir!
Gedib gələn yalançi bir nəfəsdir!
Ruh inciyir cismimiz dad eyləyir
Bədən isə ya öl ! ya qal ! söyləyir..



Ürək deyir döyünməyim əbəsdir!
Yaşamaqcın deyil sadə həvəsdir!
Görən gözlər tay olub kor gözlərə
Dil ağızda məna vermir sözlərə

Cəhd eyləyək yaşamağa bir daha
Düz yol üçün dua edək Allaha
Hər şeyi qurub yaratdi əzəldən
"O" dur yalnız səhvdən doğru düzəldən....