www.nice.az > Sevgi Aləmi > Hər şey sənsiz gedir
Hər şey sənsiz gedir13 iyun 2011. Müəllif: SEV_GI |
![]() Dumanlı havaları sevirəm, qeyri-adiliklərə aparır. Çayımı aldım qurtum-qurtum içirəm, çöldə buludlar yerə dəyəcək deyirəm gülərək. Yazıb çəkdiyim, sonrada cırıb atdığım yazılarıma bir yenisi daha əlavə edirəm. Həsrətə dair duyğularımın qarşılığı bu olmamalı deyərək... ![]() İnsan ürəkdən gələn duyğularını qataraq yazanda, yazı başqa olur, söz başqa olur, başqa qəbul edirəm, başqa cür qəbul edilir. Yazıram yenə həsrətlə səndən, bir az durğunam, xəbərlərə qadağa qoydum, özümü apara bilmirəm daha. Bir həsrət ki, canlıdır, yandırır, damarlarımda axır, yeni əzablara yol alıram.. ![]() Yenə bir cümə günü əvvəli, mən cümə günlərini sevərəm desəm də, bir böhran çökür içimə, səni xatırlayaraqi. Cümə günləri buludlu olar, havada bulud mavini saxlayar, içimdəki bulud naməlumluqlara yeni suallar əlavə edər. Cavab yoxdur, suallar yığın-yığındır. Darıxmaq deyərkən, həsrətlə xatırlayaram səni.. ![]() Bir qurtum çay aldım, saat yeni günə girir, saatlar sənlə irəliləyir, gün sənli günlərə gedir. Dilim beynimə yapışdı, halbuki hər söz hər kəsə deyilməz ki. Uzanıram, otururam, qalxıb gəzişirəm, sənli zamanları xəyal edərkən keçib gedir vaxt. Bu sətirləri yazmaq o qədər beynimə işləyir ki, o duyğu tərifi olsa yazacağam. ![]() Manolya çiçəyini bilirsənmi çiçəyi geç açarmış, diqqət istəyərmiş ,əmək istəyərmiş, sevgi istər, sanki duyğunu anlar. Ona görə böyüyüb inkişaf edərmiş, çiçəyinə əgər ki, insan əli dəyərsə dərhal solarmış. Manolya çiçəyinə bənzətdim duyğularımı, bəzən tənəffüs edir, bəzən qat-qat açır. Amma çiçək bir tənəffüs edirsə, min açır.. Anla, darıxıram sənin üçün, bax, yenə sənsiz yeni bir günə başladım. Sən deyərkən həsrəti yaşayıram, həsrətlə xatırlayıram, darıxmaq budur.. |