www.nice.az > Sevgi Aləmi > Sona yaxınlaşıram

Sona yaxınlaşıram


16 iyun 2011. Müəllif: SEV_GI
Sona yaxınlaşıram

Düşdüyüm qaranlıqda tək ümidim idin sanardım,
Səssizliyin içindən çıxıb gəlirsən, əlimdən tutub işığa çəkərsən sanardım,
Gözlərim gözlərinlə görüşəndə ürəyinə girərəm sanardım əvvəllər.
Ta ki baxışlarındakı hisssizliyə ürəyim düşənə qədər..

Necə dilə gətirəcəyimi bilmədiklərimi anlamadığın üçün deyil əslində sənə hirsim..
(-ki küləkləri belə dinləsən, çatacaqdı sənə)
Vida nəğmələri arasında sıxışıb qalmışam, hətta üzünün hər bir xəttinə aid ayrı-ayrı anlarım da..
Bax mən buna görə, buna görə zəif bədənimə ağır gəlir yalnızlığım..
(-ki bir baxsan, ətrafında olanlara, gəlsən, yenə yuxularıma girsən.. Həyatımı yaşaya biləcəyəm onda..)

Sona yaxınlaşıram..

Sona yaxınlaşıram

İki adam kimi çıxdığımız yolda tək getməyə gücüm yoxdur mənim..
Amma taleyin qarşısına keçəcək qədər də böyümədim hələ..
Hələ çəkdiyim sancıları saxlamaq üçün incə qollarımla bədənimi sakitləşdirirəm..
Yavaşca ayaqlarımı qucaqlayıb, heç kim ağrılarımı görməsin deyə üzümü yastığıma basıram..

Ürəyimdə yığdığım əzablar gözyaşlarımla axır..
Çox gülmək ağlamaq gətirir haa, xoşbəxtliyin çoxu da elədir..
"-Və geydirdiyin yalnızlıq 1 ölçü böyük gəlir əynimə.."
Yalnız pəncərənin buğuna yazdıqların qalır arxada..
Kölgənə də dözümü yoxdur gözlərimin..

Sona yaxınlaşıram..

Sona yaxınlaşıram

Hava yağışlı, hava soyuq..
Yağış buludları yığışır başıma..
İçimdə əskikliyin ürpərir, nəfəssiz qalıram bir an..
Bilirəm, yaxınlaşır son.
Və mən şəhərin qaranlığında, bir nağılın içinə düşdüm..
Oyanmamaq üzrə...