www.nice.az > Sevgi Aləmi > Səni tərk etməkdir tək diləyim
Səni tərk etməkdir tək diləyim13 iyun 2011. Müəllif: SEV_GI |
![]() Sənin olmaqdır tək peşmanlığım. O qədər bezmişəm ki səndən hər gün tanrıya əl açıb dilədiym bir tək arzum var-ilahi al məni bunun əlindən. Qoy dağın olum, daşın olum, hətta cansız əşyaların olum amma bunun olmayım - al məni bunun əlindən. Bu insan etdiyi əməllərlə tək özünü deyil məni də məhv edir. Artıq bezmişəm onda olmaqdan onun qurbanı olmaqdan, etdiyi əməllərə cavabdeh olmaqdan. O bilmir, bilmir ki, etdiyi bu əməllərin cavabını Allah qarşısında mən verəcəm, o isə çürüyüb gedəcək. Allahım onu tərk etmək istəyirəm bütün varlığından çıxıb sənə gəlmək istəyirəm. Ya da başqa bir insanın daxilində yaşamaq istəyirəm, ya da quş olmaq istəyirəm məni bu adama necə qıydın ilahi. Bölünüb yüz tikə, min tikə olsam dərdim də bölünə bəlkə. İlahi al məni sonra yenidən ver. Yenidən gəlsəm bu dünyaya bu adam olmaram özgəsi olaram. Al məni bunun əlindən. Bütün bunlar insan ruhunun şikayətidir əslində. Ruhunuzun üsyan etdiyi heç oldumu? |