www.nice.az > Sevgi Aləmi > Mənsizlik sənə dərs

Mənsizlik sənə dərs


12 iyun 2011. Müəllif: Ayla_girl
Mənsizlik sənə dərs

Mənsizlik sənə dərs

Gedirəm...Səni unutmaq üçün...Səni bağışlamamı istəyirdin məndən.Amma bu qədər şeydən sonra sənə bir daha inana bilmərəm.Gedirəm...Sənin gözlərinsə hər dəfə,hər yerde məni axtaracaq.Payızda məni görmək ümidi ilə pəncərədən baxarken bir yarpaq düşəcək,bu yarpaq mənim son ağrım,səni son xatırlamağımdır.Yağış damcıları pəncərə də rəqs edərkən,hər damcıda məni görüb ağlayacaqsan.Sənə olan hislərim günəşin çəxmasıyla quruyan son damcı kimi buludlara qovuşacaq.
Hər dəfə gözünü yumduğunda məni görəcəksən.Hər dəfə gözünü açdıgında mənsizliyi görüb ağlayacaqsan, və qapı döyüləcək.Sən isə həmişəki ümidlə qapını açarkən,sadəcə bir zərf görəcəksən.Bu zərflə sənə göndərdiyim şəkilim sənə son yaxşılığım olacaq...