www.nice.az > Sevgi Aləmi > Birdə bu dünyaya gətirmə məni [şeir]
Birdə bu dünyaya gətirmə məni [şeir]10 iyun 2011. Müəllif: hebibi_p |
Diz çöküb qarşında dua edirəm. Ucalardan uca bilirəm səni. Saxla öz yanında ruhumu,Allah, Bir də bu dünyaya gətirmə məni. Sirli röyalarım dağılacaqsa, Arzum gözlərimdə boğulacaqsa, Əzabım mənimlə doğulacaqsa, Bir də bu dünyaya gətirmə məni Bu yalan dünyanın tərs aynası var, Sevincə bənzəyən cox bəlası var Təkrar görməyimin nə mənası var? Bir də bu dünyaya gətirmə məni Gördüm bu dünyanı,quru qəfəsdir, Sən bizə verdiyin ibrətli dərsdir. Bir dəfə peşman olmuşam,Bəsdir! Bir də bu dünyaya gətirmə məni |