www.nice.az > Sevgi Aləmi > Ürəyimə dəymə [şeir]
Ürəyimə dəymə [şeir]8 iyun 2011. Müəllif: hebibi_p |
![]() Gülüm, ürəyimə dəymə bu axşam, Hər sözdən inciyib, qırıla bilər. Küsər, bağışlamaz birdən ömürlük, Çəkdiyi cəfadan yorula bilər. ![]() Axı daşdan deyil, dəmirdən deyil, Bilmirsən nə qədər çətindir ona. Kədərə, qüssəyə salarsa meyil, Ömrü əbədilik yetişər sona ![]() Yumruğum boydadı, nələrə dözür, Dünyanın dərdi var içində vallah. Elə hər kəs onu incidir, əzir, Bu qədər əzabı götürməz Allah. ![]() Canim, ürəyimə dəymə bu axşam, Üzmə çox, incitmə, küsdürmə belə. Hər kəsdən xəbərsiz fala baxmışam, Yaşamaq istəyir bu yazıq hələ. |