www.nice.az > Sevgi Aləmi > Yalan sevgilinin yalan sözləri
Yalan sevgilinin yalan sözləri7 iyun 2011. Müəllif: SEV_GI |
![]() ![]() Tam "həyata bağlandım"deyərkən bir yerdə çökmək… Acı bir xəbərlə yıxılmaq! Ölməyi istəmək… Bir saniyəliyinə ölümü seçmək… "Keçər"demək mənasızdır artıq. Havaya qarışmaq, dənizə qarışmaq, hər şeyə 'əlvida' demək… Ruhum bədənimdən ayrılar da mən bir mələk kimi göyə yüksəlsəm qanadlarım olarmı görəsən? Bir mələk… Sevgilinin son sözləri kimi, mələk… Yalan sevgilinin yalan sözləri… Yalan sevginin qalan son yalan qırıntıları… Yalan həyatın yalan insanları, yalan kütləsi… Yalan bir sonluğun yalan hekayəsi… Yalan zamanın yalan tuta bilmədikləri… Yalan xatirələrin yalan içindəkiləri… Yalan bir mələyin qırılan yalan qanadları… Yalan gecələrin yalan saxlaya bilmədikləri… Yalan bir həyatın yalan insanı… Bu qədər yalan həyata yapışmaq niyedir? Buraxsalar da o göyə çıxan halımda bir qanadlarıma baxa bilsəm artıq varmı yoxmu. Buraxsalar da getsəm artıq ən tezindən. Buraxsalar da ağlaya bilsəm artıq içimdən gəldiyi qədər. Buraxsalar da rol etməyi buraxıb ağrımı yaşaya bilsəm artıq özümcə. Buraxsalar da bir gecə küçəyə çıxıb "bəsdi" deyə qışqıra bilsəm avaz avaz. Buraxsalar da getsəm artıq buralardan. Buraxsalar da zorla yeməsəm, zorla içməsəm bu yalan hər şeyi davam etdirə bilmək üçün. Buraxsalar da doya doya axıtsam gözyaşlarımı qırıq ürəyimə. Buraxsalar da titrəyən əllərimlə basdırsam bütün konkret xatirələri ya torpağa ya dənizə. Buraxsalar da… Ən məqsədsiz zamanlarda belə yapışacaq bir şey vardır deyilmi həyatda? "Heç yoxdan bunun üçün yaşamalıyam" deyərsən. O səbəb belə yalandır. Yaşanası o səbəb belə olmasa da olar. Necə olsa özünü yaşadacaq o səbəb. Sən olsansa da olmasansa da… Həyat! Sənə deyirəm… Yalansansa əgər, tələsənsə əgər, keçib gedirsənsə əgər dayanma! Qurtar və get! Qurtar sonunu görək. Meydan oxuduğun təsadüf əziyyətlərin qırılan xəyali qanadıma bir yeni ağrını daha əlavə etmədən qurtar artıq. Qurtar ki bir yalanını daha görməyim… ![]() |