www.nice.az > Sevgi Aləmi > Çıx Get

Çıx Get


4 iyun 2011. Müəllif: SEV_GI
Çıx Get

Çıx Get

Çıx həyatımdan çıx get-get bir daha dönmə
Məni də narahat etmə
Çıx həmişəki kimi,gedirəm deyib getdiyin kimi
Çıx eseblərimi tarıma çəkdiyin kimi
Çıx mənə zərbələr endirdiyin kimi
Çıx çıx get
Qarşıma belə çıxma...Eşidirsən çıxma qarşıma
Görmək belə istəmirəm səni
Nömrəmi sil telefonundan
Məni həyatından sldiyin kimi
Həmişə sevgidən şirin-şirin danışdığın və sonda ayrıldılar dediyin ayrılıq nəğməsi kimi çıx get

Çıx Get

Çıxma qarşıma nolar
Bilmirəm çıxsan qarşıma nə edərəm
Gülərəmmi ,Ağlayarammı ?
Amma çıx get
Güzgüdə özümə baxaraq qışqırıb səni görmədən özüm -özümə deyirəm
Çix.....Çıx.....Çıx get
Bu nə emirdir verirəm öz -özümə ???
Dəli olmuşam nədir belə ?
Dayan eee sən hara gedirsən ? Bəs sevgin?
Bəs arzularımız ?....Yetimmi qoyursan o sevgimi...?
O Arzuları ???
Nolar hirsliydim de....
De ki hirsimdən belə dedim. Amma seni sevirəm.
Bilirəm gedə bilməyəcəksən , kənardan izləyəcəyik bir -birimizi
Yox sonu yoxdur-yoxdur və unutmayaq sadəcə bu sevgimizi
Bu həm mənə həm sənə yetər
Sev amma get.
Bu mənə bəsdir.Səni Sevirəm.....

Çıx Get