www.nice.az > Sevgi Aləmi > Nədən desəm yazacam... səndən savayı!!!

Nədən desəm yazacam... səndən savayı!!!


3 iyun 2011. Müəllif: persiangirl
Nədən desəm yazacam... səndən savayı!!!


Nədən desən yaza
cam... Qatillərdən, dustaqlardan, canilərdən, ən pis adamlardan belə....


Təkcə səndən yazmayacam...!!!


Hələ mövcüd olmayan şeylərdən... uzaylılardan, itkin düşənlərdən, qeyb olanlardan , daha kimlərdən, daha nələrdən...
Təkcə səndən yazmayacam...!!!


Sevgini sənsiz təsəvvür edəcəm... ilham alanlardan, kama çatmayanlardan, nakam ölənlərdən, Leylidən, Məcnundan, daha nələrdən yazmayacam...

Təkcə səndən savayı...!!!

Mənə layiq olmayanlardan, gücüm çatmayanlardan, ünüm yetməyənlərdən.. korun görə bilmədiyi mənzərədən, karın eşidə bilmədiyi sədadan. Hər şeydən yazacağam...

Təkcə səndən yazmayacağam..!!!

Qələmim sınsa da, səbrim tükənsə də, dilmlə yazacağam... yaddaşıma həkk edəcəm. Mən yorulmayacağam, dərdlərimi yazacağam...!
Təkcə səndən yazmayacağam...!


Mənim üçün artıq bir heçsən.. Qara qəpiyə belə deyişməyəcəm səni! Könlümdə yer ayırmayacağam sənə.. sürətini, varlığını unudacağam! Ölmüş bir insan kimi qələmə verəcəm səni, heç məzarına da gəlməyəcəyəm... O qədər nifrətə layiqsən ki, mənliyimdə səni vicdansızlara belə satmağa razıyam... Hər şeydən danışacağam, səndən savayı..!!
Döşənəcəksən ayaqlarıma, səni ayaqlarımın tozuma belə rəva bilməyəcəyəm... Adlayib üstündən keçəcəm... Səsləmə məni arxadan... Onsuzda baxmayacağam, sən o qədər yadsan ki mənə, yad səslərə boylanmıram... üzülmə!
Hər şeydən yazacağam,sendən savayı!!!


Xəyallarıma, arzularıma

keçmişimə, gələcəyimə qadağan edəcəm səni anmaya, yandırıdın məni... bir bilsən necə yandırdın?! yanmağımdan yazacağam. Dərdi dərd üstə qoyub, udacağam, yarama özüm məlhəm sürtüb üst-üstə bağlayacağam... Səni anmamaq üçün, hər şeyə əl atacağam!

Təki səni anmayım...

Ey bir zamanlar başımın tacı olan, indi heçnəyimsən!
Bir yayarsız əşya kimi ALLAH bilir hansi küncdəsən..!
Dərdlə doğulanım, səni hara yazım ki, əbədilik qayıtmayasan?!

Yox... Daha yoruldum SƏNDƏN YAZMAYACAM!!!