www.nice.az > Sevgi Aləmi > De, mən ağlamayım, kimlər ağlasın?
De, mən ağlamayım, kimlər ağlasın?30 may 2011. Müəllif: hebibi_p |
Bil ki, qəm üstündə köklənim tarım, Sən idin həyatda olanım, varım, Atıb getdin məni vəfasız yarım De, mən ağlamayım, kimlər ağlasın? ![]() Dərdimi söylədim ağladı dağlar, Hicran bulaqları hey coşar, çağlar, Günlərdir hicranın qəlbimi dağlar De, mən ağlamayım, kimlər ağlasın? ![]() Ulduza söyləsəm günəş tək yanar, Dovşanlar halıma acıyar, yanar, Bu dərdi div çəksə qəlbi dayanar De, mən ağlamayım, kimlər ağlasın? |