www.nice.az > Sevgi Aləmi > Hərə bir cür dəlidi
Hərə bir cür dəlidi26 may 2011. Müəllif: hebibi_p |
Kimi sazın dəlisi,kimi tarın dəlisi, Kimi yarın dəlisi, ,kimi varın dəlisi, Kimidə toyda,yasda olur qarın dəlisi, Kimisi ağlamalı ,kimisi gülməlidi . Hərə bir cür dəlidi ... ![]() Kimi çox peşdən deyir,kimi çox zilə çəkir, Kimi qara qarğaya,kimi bülbülə çəkir, Kimi dünya dərdindən yüklənir,selə çəkir.. Kimi düşüncəsizdi ,kimi düşüncəlidi . Hərə bir cür dəlidi ... ![]() Kimi səhrada bir qum,Kimi səhradan böyük Kimi dəryada damla,kimi dəryadan böyük Kimi dünyaya bir yük,kimi dünya tek böyük . Kimisi yaşamalı,kimisi ölməlidi Hərə bir cür dəlidi ... |