www.nice.az > Sevgi Aləmi > Sənə gəlirəm mən

Sənə gəlirəm mən


19 may 2011. Müəllif: SEV_GI
Sənə gəlirəm mən

Deyirlərki bu dünyada qovuşa bilməyənlər, bir-birinə çata bilməyənlər sonsuzluq dünyasında qovuşur.
Bu dünyada sahib ola bilmədiklərinə sonsuz nur dünyasında sahib olur.
Mən sənə həm bu dünyamda həmdə öz dünyamda sahib ola bilmədim.
Bizimkisi fani dünya üçün deyilmiş. Bizim qovuşmağımız məhşərə qalıb.
Mən hərgün dəli kimi bezmədən səni bu qaranlıq olan dünyamda
mum işığı ilə axtarakən məgərsəm sən digər dünyada ətrafa nur saçırmışsan.
Mən sənin mənim dünyama işıq olmanı istərkən Rəbbim sonsuz dünyanın işığı olmağını istədi.
Artıq qaranlıq dünyamı yalnızca sənin xəyalların içıqlandıracaq.
Hərgün yeridiyim bom-boş kimsəsiz küçələri sənin gözlərin, baxışların işıqlandırır.
Bilirsən çox istədim gəlim sənin dünyana, bu səfərdə mənim dünyam buraxmadı gələm sənə.
Sən özün kimi çiçək qoxan cənnətində məni gözləyərkən mən cəhənnəmdən fərqli olmayan
öz dünyamdan gələ bilmirəm. Bilmirəm bu həsrət nəzaman bitər, nəzaman qovuşaram sənə,
nəzaman gələrəm cənnətinə. Amma artıq yetər deyirəm. Onsuzda bu dünyam cəhənnəmdir mənə,
qoy ikincisində də cəhənnəm olsun. Amma mən öz dünyamda yox sənin dünyanda olmaq istəyirəm.
Digər tərəfində olsamda. Bəlkə Rəbbim sevgimizi görüb sənin yanına gətirər məni.
Bax uçurumun kənarındayam. Bu dünya dar gəlir mənə. Sonsuzluğa doğru tullandım.
Sənə gəlirəm mən.