www.nice.az > Sevgi Aləmi > Elə darıxmışam ki, sənin üçün

Elə darıxmışam ki, sənin üçün


18 may 2011. Müəllif: SEV_GI
Elə darıxmışam ki, sənin üçün

Elə darıxdım ki səni axtaranda səsindəki sevinci duymaq üçün.
Muncuq gözlüm, darıxdınmı mənim üçün?
Mən də bəlkə tam izah edə bilmirəm sənə olan həsrətimi.
Necə darıxdığımı, səni necə sevdiyimi isbat edim deyə həmişə and içərdim.
Gözəl gözlüm elə darıxdım ki sənin üçün.
Hər gecə yalvarıram Allahıma tez keçsin bu dərdlər, bu çətinliklər.

Və hər gecə yuxunu haram edirəm müşahidə edərəmə.
Sevdiyim elə darıxdım ki sənin üçün. Səsin, nəfəsin, mənə qurduğun cümlələrin hər bir sözü üçün.
Nəfəs alıb verəndə həsrət ciyərlərimi yandırır, həsrət saçlarımdan tutub çəkir.
Sənsən onun dərmanı deyir içimdəki səs hər gecə.
Hər dərdini götürərdim üstümə, sən kədərlənmə, sən yorulma, sən düşünmə istəyərdim, mən baxaram çarəsinə.
Qurban olduğum, sevgilərin ən gözəli, bir dənəm, gül baxışlım, ürəyimin birincisi...


Elə darıxdım ki sənin səsin, nəfəsin üçün...