www.nice.az > Sevgi Aləmi > Sən heç sevdinmi...?
Sən heç sevdinmi...?10 may 2011. Müəllif: HiTMaN |
![]() Sən heç sevdinmi əsla sənin olmayacaq birini..? Sən heç görmədiyin birinin gözlərini Hər gün, hər saat xatırladınmı..? Heç tutmadığın əlləri axtardınmı..? Heç iyləmədiyin bədənin qoxusunu bu qədər ürəkdən hiss etdinmi..? Həmişə o qoxunu birgün içinə çəkəcəyini Xəyal Etdinmi..? Bütün imkansızlıqlar içində ümid edə bildinmi..? Sən heç sevdinmi əsla sənin olmayacaq birini..? Ürəyinlə istədinmi əsla olmayacağını bilə-bilə...! Ümid etdinmi, yalvardınmı Allaha Bir şirin sözüylə üzündə güllər açdımı..? Ən sadə sözcüklər belə Yalnız onun dodaqlarında məna tapdımı..? Səsini eşidincə gözlərindəki işığı Kilometrlər ötəsindəkilər belə fərqinə vardımı..? Sən heç sevdinmi əsla sənin olmayacaq birini..? Gözlərin deyil ürəyin ağladımı onun üçün Dodaqların başqa söz söyləyərkən? Ürəyin dodaqlarına inad "O"nun adını çağırdımı..? Ondan xəbər almadığın günün zindan oldumu..? Sən heç sevdinmi əsla sənin olmayacaq birini..? Səni saymadığını anladığın an yaşamın anlamını itirdimi..? Üsyan etdinmi onsuz doğan hər günə onu sənə gətirməyəcək olan bir sonrakı günə və inadla gözlədinmi..? Əsla gəlməyəcək olan sevgilini..! Sən heç sevdinmi əsla sənin olmayacaq birini..? Çarəsizliyin nə olduğunu ən dərindən hiss etdinmi..? Siz heç sevdinizmi...? |