www.nice.az > Sevgi Aləmi > Dönmüsən geri..... [şeir]
Dönmüsən geri..... [şeir]10 may 2011. Müəllif: fidaska |
![]() Dönmək istəyirsən , afərin sənə! Bu cürət, bu inam , hardandı sənə? Sən ki, üfüqlərdə xəyallar quran, Əfsanəvi insan ne oldu sənə? Bəli, qayıtmısan nə istəyirsən? Ölmüş məhəbbətə həkim gəzirsən? O, xəstə olarkən tapmadın əlac. Çürük sümüklərdən nə gözləyirsən? Həyat maraqlıdı acısı betər. O acılar mənə ömürlük yetər. Məni məfdun edən məhəbbət indi, Bir damla su kimi ovcumda bitər. Taley oyununa necə tuş gəldin. Əyilməz boynunu qarşımda əydin. Bir zaman əl açan dilənçi indi, Öz şahlıq taxtında hökmünü verdi. Dönmək istəyirsən, düzmü qərarın ? Uçuq bir daxmaya dönüb sarayın. Səndən mənə qalan tək bir xatirə, Yox oldu gözümdə bitdi xəyalın. |