www.nice.az > Sevgi Aləmi > Sənin üçün
Sənin üçün9 may 2011. Müəllif: GHoSTMaN |
![]() Bu gecə səni yuxumdaa gördüm. Çox qəribə idi. Heç dalaşmırdıq... Sən elə məsum baxışlarla mənə baxırdınki o ürkək baxışların qəlbimə işləyirdi. O an səni yenidən sevdim... Mən qızlarla kafedə söhbət edirdim. Sən isə bir qıraqda oturub səssizcə dərs çalışırdın. Bəzən də gizlicə mənə baxar, gözlərimiz qarşılaşdığında qaçırırdın məndən o dəniz rəngli gözlərini... Mən isə bu utançlığına gülərdim. Çünki səni hər halınla sevirdim... Sən heç sevgini etiraf etməzdin ki... Qısqanardın ama deyə bilməzdin. Yanımızdan bir oqlan keçəndə gizlicə mənim gözlərimi izlər, mənim o oğlana baxıb-baxmadığımı yoxlayardın. Mənim səndən başqasını gözüm göməzdiki.. Bunu hiss edəndə xəfifcə gülümsəyərdin... Çoox darıxıram... Uşaqlar evinə verilmiş bir uşağın ANASI üçün darıxdığı qədər. Çoox darıxıram... Yaşlı bir insanın uşaqlığı, gəncliyi üçün darıxdığı qədər.. Bəlkə sözlərimlə izah edə bilmirəm sevgimi... Bəlkə də sadece hisslər danışır... Ama inan ki, Səni sevmək dünyanın ən şirin və dəyərli duyğusudur... Məndə ki bədən isə sən də mənim ruhumsan. Söylə, bədən ruhsuz yaşar mı ? Mən insanamsa sən də mənim qəlbimsən. Söylə, insan qəlbsiz yaşar mı ? |