www.nice.az > Sevgi Aləmi > Xəbərin varmı ki, unudulursan? [şeir]

Xəbərin varmı ki, unudulursan? [şeir]


6 may 2011. Müəllif: hebibi_p
Xəbərin varmı ki, unudulursan? [şeir]

Çalış ki, içimdə nifrətə dönmə,
Unut olanları, daha düşünmə.
Özünə sən deyən çox da güvənmə,

Xəbərin varmı ki, unudulursan?

Xəbərin varmı ki, unudulursan? [şeir]

Daha bu həsrətlə qala bilmərəm.
Özümü hörmətdən sala bilmərəm...
Ehtiyat sevgilin ola bilmərəm..

Xəbərin varmı ki, unudulursan?

Xəbərin varmı ki, unudulursan? [şeir]

Bu dərddən betər bir kədərin varmı?
Ayrı bir ürəyə səfərin varmı?
De görüm, xəbərdən xəbərin varmı?

Xəbərin varmı ki, unudulursan?

Xəbərin varmı ki, unudulursan? [şeir]

Qəribə həyatda sən də bir işsən,
Hicrana qapısan, qəmə girişsən.
Sən təkrarolunmaz deyil imişsən

Xəbərin varmı ki, unudulursan?!