www.nice.az > Sevgi Aləmi > Sevdiyin qədər sevilərsən
Sevdiyin qədər sevilərsən6 may 2011. Müəllif: GHoSTMaN |
![]() Hər şey səndə gizli... Yerin səni çəkdiyi qədər ağırsan Qanadların çırpındığı qədər yüngül Qəlbinin atdğı qədər canlısan Gözlərinin uzagı gördüyü qədər gənc, sevdiklərin qədər yaxşısan Nifrət etdiklərin qədər pis... Nə rəng olursa olsun qaşın gözün qarşındakının gördüyü qədərdir rəng Gülə bildiyin qədər xoşbəxtsən Təsüflənmə, bilki ağladığın qədər güləcəksən Qəti qurtardı zənn etmə hər şeyi, sevdiyin qədər seviləcəksən Yaşadıqlarını qar sayma, yaşadığın qədər yaxın sonuna Nə qədər yaşıyırsan yaşa, sevdiyin qədərdir ömrün Ay işığındadır sevgiliyə duyulan həsrət Və sevdiyinə həsrət qaldığın qədər ona yaxınsan Unutma yağışın yağdığı qədər islaqsan Günəşin səni isitdiyi qədər istisən Günəsin doğuşundadır doğanın sənə verdiyi dəyər Və qarşısındakına dəyər verdiyin qədər insansan... BİR GÜN YALAN DEYƏCƏKSƏN ƏGƏR BURAX QARŞINDAKI SƏNƏ GÜVƏNDİYİ QƏDƏR İNANSIN... Özünü tənha hiss etdiyin qədər tənhasan.. Və güclü hiss etdiyin qədər güclü, Özünü gözəl hiss etdiyin qədər gözəlsən BAX BUDUR HƏYAT, BAX BUDUR YAŞAMAQ Bunu xatırladığın qədər yaşarsan Bunu unutduğun da, aldığın hər nəfəs kimi üşüyərsən Və qarşındakını unutduğun qədər tez unudularsan Çiçək sulandığı qədər gözəldir, quşlar oxuya bildiyi qədər sevimli Körpə ağladığı qədər körpədi... VƏ HƏR ŞEYİ ÖYRƏNDİYİN QƏDƏR BİLƏRSƏN BUNU DA BİLKİ; SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN |